Bakıda iş adamlarının pullarını mənimsəyən şəxslər axtarılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda iş adamlarının pullarını mənimsəyən şəxslər axtarılır

Paytaxtın Xətai rayonunda özlərini Vergilər nazirliyinin işçisi və jurnalist kimi təqdim edərək iş adamlarından pul alan şəxslər peyda olub.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə gün ərzində pul mənimsənilməsi faktlı ilə bağlı iki ərizə daxil olub.

Məlumdur ki, cinayətlərdən birinin qurbanı Nəbi küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibi 1964-cü il təvəllüdlü Niyaz Orucovdur.

O bildirib ki, 1956-cı il təvəllüdlü Nazim Əliyev fevralın 6-da saat 10:00 radələrində mağazaya gələrək özünü Vergilər Nazirliyinin işçisi kimi təqdim edərək pul istəyib.

Əliyev Orucovdan 40 manat alıb.

Elə həmin gün daha bir pul mənimsəmə faktı Telnov küçəsində yerləşən ət mağazasında qeydə alınıb.

Saat 14:00 radələrində özünü jurnalist kimi təqdim edən 1981-ci il təvəllüdlü Susan Salahova mağaza sahibi 1986-cı il təvəllüdlü Anar Həsənovu işdə problem yaratmaqla hədələyərək 30 manat alıb.

Hər iki fakt üzrə araşdırma aparılır. Polisdən bildiriblər ki, hələlik iş üzrə heç kim saxlanılmayıb, lakin hər iki cinayətin bir qruplaşmanın üzvləri tərəfindən həyata keçirilməsi ehtimal olunur.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 853 10.02.18 14:56