''Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm'' - DÖVLƏT MƏMURU XƏRÇƏNG XƏSTƏSİNİ HƏDƏLƏYİR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

''Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm'' - DÖVLƏT MƏMURU XƏRÇƏNG XƏSTƏSİNİ HƏDƏLƏYİR

Lerik sakini Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən şikayətlidir

"Ağır xəstələrə verilən pensiya kartı üçün atamdan rüşvət istəyiblər. Pulu olmadığı, istənilən məbləği verə bilmədiyi üçün haqqı olan pensiyanı ala bilmir”. Bunu hazırda Norveçdə mühacirətdə yaşayan jurnalist İdrak Abbasovun həyat yoldaşı Yeganə Abbasova deyib.

O bildirib ki, atası, Lerik şəhər sakini Yunus Ağayev 16 yaşından dövlət üçün çalışıb. Ötən ildən isə xərçəng xəstəliyinə düçar olub və əmək fəaliyyətini itirib: "Xərçəngdən əziyyət çəkənlərin xərci həddindən artıq çoxdur. Hər dəfə şua və digər mərhələləri keçməsi üçün xeyli xərc tələb olunur. Atamın yaxşı təsərrüfatı, mal qarası da var idi. Hamısını sataraq müalicəsinə xərcləyib”.

''Yaxşı pensiya almaq istəyirsənsə, əlin cibində olsun''

Yeganə Abbasova deyir ki, 6-7 ay bundan əvvəl atası dövlətin onun kimi ağır xəstələr üçün nəzərdə tutduğu pensiya hüququndan istifadə etmək istəyib. Buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müvafiq sənədlərlə müraciət edib: "Amma şöbədə süründürməçilik və biganəliklə üzləşib. Səbəbini soruşduqda isə şöbənin müdiri Malik Mirzəyev birbaşa deyib ki, yaxşı pensiya almaq istəyirsənsə, əlin cibində olsun. Atamdan 3 min manat pul istəyib. Atam "mənim nə qədər ömrüm qalıb ki, o qədər pulu sənə borc-xərc edib verim. Elə o pulum olsa, özümə xərcləyərəm”, - cavabını verib. Malik Mirzəyev isə cavabında "oğlunun qoyunları var. Onları sat, pulunu gətir”, - deyib. Qardaşımın qoyunları var, düzdür. Ancaq ailəsi də var. Onlara necə baxsın?”

''Pul verməsən, sənə ən az məbləği təyin edərik''

Y.Abbasova deyir ki, qardaşı mal-qarasının bir hissəsini atasının müalicəsinə görə satır və əgər hamısını satsa, ailəsini dolandıra bilməz: "Ondan başqa üç qardaşım da var. Onların da heç birinin işi yoxdur. İkisi Bakıda günəmuzd fəhləlik edir. Kiçik qardaşım isə rayonda təsərrüfatla məşğudur. Atam məcbur qalaraq Bakıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gedib. Bundan sonra sənədləri rayon şöbəsi tərəfindən qəbul edilib. Atamın Bakıya şikayətə getməsindən hiddətlənən Malik Mirzəyev onu təhqir edib ki, "işverənsən”, "demaqoqsan”. Amma sənədlər göndərilib. Buna baxmayaraq, sənədlərdən bir xəbər də gəlməyib. Atamın şöbəyə çoxsaylı müraciətlərinə baxmayaraq, "hələ kağızlar gəlməyib” - deyə, cavab verilib. Atam məcbur qalaraq yenə Bakıya şikayətə gedib və məlum olub ki, sənədlər çoxdan göndərilib, amma müdir sənədləri gizlədib. Nəhayət, iş gəlib pensiya məbləğinin təyinatına çatıb. Müdir deyib ki, pul verməsən sənə ən az məbləği təyin edərik və bu dəfə 2 min manat rüşvət istəyib”.

''Dövlətin məmuru atamdan pensiya üçün rüşvət istəyib''

Y.Abbasova deyir ki, 2 min manatlıq rüşvəti verəcəyi təqdirdə atasına haqqı olan aylıq 300 manatlıq pensiyanı təyin edəcəklərini söyləyiblər: "Sözsüz ki, yarıcan və kasıb atamda pul yoxdur ki, məmura rüşvət verə. Nəticədə isə atama cəmi 103 manat, yəni ömründə bir gün belə işləməyən adam kimi pensiya təyin olunub. Atam nə qədər yalvar-yaxar eləsə də, hətta ona bir qoyun gətirib verəcəyini də boyun olsa da, müdir buna razı olmayıb və atam yenidən Bakıya şikayətə gedib. Bakıdan məktub göndərilib ki, adama pensiyası rəsmi staji 28 il doqquz aya uyğun təyin edilsin. Son sənəd məsələsindən isə bərk hiddətlənən Malik Mirzəyev bu gün atamı ağır şəkildə təhqir edib. "Sən ölsən də 103 manatdan artıq pensiya görməyəcəksən. Nə buynuz çıxarıb ora-bura vurnuxursan? Sənin ağlın olsaydı Bakıya şikayətə qaçmazdın, pulu tapıb gətirib verərdin. Sən bilmirsən ki, mən burda elə-belə oturmamışam. Mən də yuxarıya, yuxarı da lap yuxarıya haqq verir. Get kimə şikayət edirsənsə elə. Hamımız bir-bizimizə bağlıyıq. Onlar sənin şikayətini mənim üstümə yollayacaq, mən də onunla arxamı silib atacam”.

''Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm''

Bu insan yarıcan atamı döymək də istəyib və hədələrini də davam edib: "Sən Altay Mirzəyevi eşitməmisən. O mənim müstəntiq qardaşımdır və o qədər sənin kimilərini gedər-gəlməzə yollayıb ki... Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm” və s. kimi sözlər deyib. Qeyd edim ki, xəstəlik atamın boğazındadır və onu əsəbləşdirəndə boğazı təmiz tutulur, nəinki danışa heç su da qəbul edə bilmir. Bunu görən və bilən Allahsız məmur isə atama birbaşa qəsd edib. Hazırda vəziyyəti çox ağırlaşıb. Bəyan edirəm ki, atamın başına nəsə bir iş gəlsə, hər kəs bilsin ki, onun qatili Malik Mirzəyev olacaq!”

''Deyilənlərin hamısı yalandır''

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin müdiri Malik Mirzəyevlə əlaqə saxlayıb. O, deyilənlərin yalan olduğunu, sifarişlə yazıldığını söyləyib: "O sənədini biz təqdim edib. Elə indi də sənədləri mənim önümdədir. O adama pensiya təyin olunub. 2 aydır ki, alır. Yenidən 2 illik sığortasını da təqdim edib. İndi ona 117 manatlıq pensiya təyin olunub. Yenidən daha 2 illik staj sənədini təqdim edib. İndi də pensiyası 125 manat hesablanıb. Artıq növbəti ay bu məbləği alacaq”.

''Dekabrdan bəri məzuniyyətdəyəm, işdə olmamışam''

Malik Mirzəyev deyir ki, internetdə yayılan məlumat yalnışdır: "Onun qızı yayıb. Xaricdə yaşayır deyəsən. Deyir, 3 min manatlıq, 2 min manatlıq rüşvət istəmişik. Müstəntiq qardaşımla onlara hədə-qorxu gəlmişəm guya, kişini təhqir etmişəm və s. Bunların hamısı yalandır, iftiradır. Dekabrdan bəri məzuniyyətdəyəm, ümumiyyətlə işdə olmamışam. Bu, necə ola bilər axı? İşə dünən qayıtmışam. Tam əminliklə deyə bilərəm ki, barəmdə yazılanların milyonda bir faizi də düzgün deyil. Hardasa 5 dəqiqə öncə zəng etsəydiniz, ağsaqqal özü də burada idi. Məndən heç bir şikayətinin olmadığını deyirdi”.

''Kimsə deyə bilməz ki, Malik məndən pul tələb edib''

Malik Mirzəyev deyir ki, Yunus Ağayevin pensiyası yeni qayda ilə hesablanıb. Yeni qaydalar da belədir: "Onun orta stajı pensiya kapitalı ilə hesablanıb 125 manat təyin edilib. Həmin pulu da alacaq. Nazirlik araşdırma aparsın. Əgər burada deyilənlərin cuzi hissəsi düz olsa, mən ərizəmi yazıb işdən çıxmağa hazıram. Mən o kişini təhqir etməmişəm, ona güldən artıq söz deməmişəm. Çünki mən o tərbiyənin yiyəsi deyiləm. Özümdən böyüklərə hər hansı pis söz deyə bilmərəm. Üstəlik, orada yazılıb ki, guya o, nazirliyə şikayət etdiyi üçün mən ona "işverən” demişəm. halbuki həmin şəxs ümumiyyətlə nazirliyə şikayət etməyib. Bilmirəm də bu insanın qızı niyə belə yalan məlumat yayıb. Bir nəfər deyə bilməz ki, Malik məndən pul tələb edib”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Ancaq bununla bağlı nazirliyə rəsmi sorğu göndərilib.

Mənbə: criminalaz.com
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 562 09.02.18 18:30