Polis yolda halı pisləşən qadını xilas etdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |    

Polis yolda halı pisləşən qadını xilas etdi (VİDEO)

Yolda halı pisləşən Lənkəran sakininin həyatını polis əməkdaşı xilas edib. Ona ilkin tibbi yardımı da elə polislər edib.

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şıxəkəran kənd sakini İradə Hüseynova həyat yoldaşı Sərraf Kərimovla birgə Bakıdan qayıdırmış. O, mədə-bağırsaq sistemində problem olduğu üçün mütəmadi olaraq paytaxtda həkim müayinəsindən keçirmiş. Bu dəfə də müayinədən qayıdarkən yolda səhhətində problem yaranıb və dili qatlanıb:

"Biz yolda gələndə vəziyyətim pisləşmişdi. Və yoldaşım da yolda özünü itirmişdi. Polis yaxınlaşdı, dedi, ağsaqqal nə olub. Dedi, yoldaşımın vəziyyəti ağırdır. Məni apardılar Salyan postuna, orda mənə yardım etdilər. Mənim vəziyyətim çox pis idi. Özümü çox pis hiss edirdim, özümdə deyildim. Çox sağ olsun o polislər. Saxlamasaydılar, vəziyyətim çox ağır ola bilərdi".

Sərraf Kərimov da xanımının həyatını xilas edən yol polisi əməkdaşlarına təşəkkürünü bildirib: "İki əməkdaş gəldi, yoldaşımın qolundan tutub saldılar içəri. Ona yardım elədilər. İynə-dərman maşında var idi. Dərman verdilər, bir yarım saatdan sonra yoldaşım özünə gəldi. Sağ olsunlar ki, bizə orda xidmət elədilər. Maşını biz saxlamasaydıq, bəlkə də yolda keçinə bilərdi. Ağzından köpük gəlirdi, dili tutulmuşdu".

Hadisə vaxtı Salyan postunda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu taqımının baş çavuşu Yusif Məcidov deyir ki, həmin gün “Mercedes” markalı avtomobilin qəza işıqları ilə idarə olunduğunu görüb. Dərhal maşını saxlatdıqda isə İradə Kərimovanın halının pis olduğu haqda məlumat alıb və ilkin yardım göstərib. Elə təcili tibbi yardıma da oradaca məlumat verilib: "Ona yaxınlaşaraq özümü təqdim etdim. Sürücü yanında əyləşən öz xanımının xəstə olduğunu, vəziyyəti ağır olduğunu bildirdi. Mən ona köməklik edərək posta dəvət etdim. Ona ilk tibbi yardım – nə lazım idisə, onu etdim. Dərmanları verdim və təcili yardıma müraciət etdim. Təcili yardım gələnə kimi xanım özünə gəldiyini bildirdi və getməli olduğunu dedi. Onları yola saldım getdilər".

Sərraf Kərimov Lənkərana çatdıqdan sonra yol polisi əməkdaşının insanpərvər davranışına görə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 303 09.02.18 16:50