UBER-in rəhbəri erməni oldu - Azərbaycanda bağlana bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

UBER-in rəhbəri erməni oldu - Azərbaycanda bağlana bilər

Rusiyanın "Yandex” (Yandeks) şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açır. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün "Yandex” xidmətlərinin, xüsusilə də "Yandex.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq.

Baku.ws-in məlumatına görə, artıq "Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edir. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

"Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə "Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə "Yandex Taksi”yə rəhbərlik edir.

T.Xudaverdiyanın təsisçisi olduğu "Yandex Taksi” xidməti hazırda 6 ölkədə - Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

Azərbaycanda taksi şirkətinə ermənilərin rəhbərlik etməsi xəbərlərinə Bakı Nəqliyyat Agentliyi cavab verib.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir.

"Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır.
Bir daha qeyd edirik ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır".

M.Ağayev əlavə edib ki, Uber və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır: "Agentlik yalnız həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 327 09.02.18 14:06