Facebook-da seçkiqabağı təşviqatı pozanlar cəzalandırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Facebook-da seçkiqabağı təşviqatı pozanlar cəzalandırılacaq

“Sabahdan İctimai Televiziyada Mərkəzi Seçki Komissiyalarının üzvləri çıxış edəcək. İctimai Televiziyadakı çıxışlar eyni zamanda İctimai Radioda yayımlanacaq”.

Median.Az
APA-ya istinadən xəbər verir ki, məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, dairə seçki komissiyalarının (DSK) üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir: “Daha sonra isə yerlərdə DSK üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir. Eyni zamanda hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 176 08.02.18 18:38