Bakıdakı məşhur kafedən qadağa - Sevgililər yanaşı otura bilməz » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıdakı məşhur kafedən qadağa - Sevgililər yanaşı otura bilməz

Bakıda fəaliyyət göstərən kafelərin birində tətbiq olunan yeni qayda müştərilərinin etirazına səbəb olub. 

Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Bazaar Delights Cafe”nin əməkdaşları sözügedən məkana üz tutan cütlüklərə yanaşı oturmağa icazə verməyib.

Onlara bildirilib ki, yeni qaydalara əsasən cütlüklər yalnız üzbəüz otura bilər. Həmçinin, kafedə qucaqlaşan digər cütlüyə də xəbərdarlıq edilib.

Müştərilər qarşılaşdıqları hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra kafeyə qarşı kampaniya başlayıb. Belə ki, 300-dən çox şəbəkə istifadəçisi kafenin rəsmi feysbuk səhifəsinə 1 ulduz verməklə bu yeniliyin müştərilərə qarşı hörmətsizlik olduğunu qeyd edib. Qərarı gülüş obyektinə çevirənlər də az olmayıb.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün kafe ilə əlaqə saxlasa da, administratorun hazırda işdə olmadığını bildiriblər: “Bu məsələdən administrator danışa bilər, o da burda deyil”.

Kafenin rəsmi səhifəsində müştərilərə cavab olaraq bildirilib ki, iaşə obyekti özəl müəssisədir və müdiriyyət tərəfindən müxtəlif qaydalar tətbiq oluna bilər:

“Elə bir təəssürat yarandı ki, sanki bizim kafeyə ancaq qucaqlaşmaq üçün gəlirlər. Burada heç bir qanuna zidd hal yoxdur. Siz bilirsiz ki, bəzi məkanlara müştəriləri, hətta “dress kod”suz buraxmırlar. Biz öz müştərilərimizi yaxşı tanıyırıq. Onlar bizim kafeyə uyğun qiymətə dadlı təamlar yemək üçün gəlirlər. Razılaşın ki, qucaqlaşmaq üçün kifayət qədər yer var, biz sadəcə yemək veririk, başqa heç nə”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 679 08.02.18 14:54