Dünya çempionunun qətli: Allahverənov ittihamla razı deyil » Median.Az News Agency

Dünya çempionunun qətli: Allahverənov ittihamla razı deyil
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu qətlə yetirməkdə şübhəli bilinən Anar Allahverənov məhkəmənin ilk iclasında qətli törətmədiyini, sadəcə, dalaşdığını bildirib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Konstantin Lısenko mətbuata açıqlama verib.

Xabarov Diyar Məhkəməsi bu gündən etibarən Andrey Draçyovun qətli ilə bağlı cinayət işinin mahiyyəti üzrə baxılmasına başlayıb.

Bundan əvvəl yayılan xəbərə görə, 20 avqust 2017-ci ildə Xabarovskda kafelərin birinin qarşısında Andrey Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb.

Aldığı xəsarətlərin ağırlığından idmançı xəstəxanada dünyasını dəyişib. Dələduzluq məqsədilə adam öldürmədə ittiham olunan Allahverən hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.

“İlk məhkəmə iclasında müdafiə etdiyim Anar Allahverənov qətli törətmədiyini bildirib. Bu ədavət zəminində düşən adi bir dava olub”, – deyə Lısenko iclasda elan olunan fasilə zamanı bildirib.

Artıq iclasda bir şahiddən ifadə alındığı bildirilir.

Bu arada, Draçyov ailəsinin vəkili isə məhkəmədə cinayət hallarının araşdırılmasına başlandığını bildirib.

Dövlət ittihamçısı iclasa iki şahid dəvət edib. Məhkəmə iclasının axşam saatlarına kimi davam edəcəyi bildirilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 623 08.02.18 11:54