Millimiz Olimpiadaya yola düşür » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Millimiz Olimpiadaya yola düşür

Bu gün Cənubi Koreyanın Pyanqçanq şəhərində 2018 Qış Olimpiya Oyunlarına start verilib.

Ilk gün biatlon, kirşə və xizəklə tullanma yarışları başlayıb.

Azərbaycan nümayəndə heyəti sabah XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyaya yola düşəcək.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə bu qurumun baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər daxildir.

Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda Azərbaycan dağ xizəkçiliyinin slalom və böyük slalom növləri üzrə yarışlara qatılacaq. Bu növdə ölkəmizi avstriyalı legioner Patrik Braxner təmsil edəcək.

Pyanqçanq-2018 Olimpya Oyunlarında 92 ölkədən 2952 idmançının iştirak etməsi gözlənilir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Ən çox - 242 atletlə ABŞ oyunlara qatılacaq. Kanada nümayəndə heyəti 226, Norveç isə 111 idmançı ilə təmsil olunacaq.

Rusiyanın 169 idmançısı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirak edəcək. Təşkilatçı ölkə olan Cənubi Koreya öz tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında 144 idmançı ilə 15 idman növündə çıxış edəcək.

Koreya Xalq Demokratik Respublikası isə beş idman növü üzrə 22 idmançı ilə mübarizə aparacaq. Siyasi problemləri olan hər iki dövlətin idmançıları vahid bayraq altında çıxış edəcək.

Qeyd edək ki, Pyanqçanq-2018 Olimpiya Oyunlarında altı ölkə - Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur ilk dəfə iştirakçı olacaq. Fevralın 25-dək davam edəcək Olimpiadanın açılış mərasimi ayın 9-da keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 576 07.02.18 17:58