"Eləsi var ki, rəhmətə gedəndən sonra da övladı gəlib aparmır" - Qocalar evində bir gün - REPORTAJ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

"Eləsi var ki, rəhmətə gedəndən sonra da övladı gəlib aparmır" - Qocalar evində bir gün - REPORTAJ

"Atam da, yoldaşım da rəhmətə getmişdi. Bir yaşlı anam var idi, o da öldü. Nəticə isə... Eh!”

Həmişə gülər üzü, baxımlılığı ilə yadımda qalan 75 yaşlı Mina xanımın hekayəsindən xəbərdar deyildim, açığı, özümə hirsləndim də ki, niyə əvvəl onunla bu barədə söhbət etməmişdim?!

Bu gün yenə, kimsəsizlərin, həyatın məğdur etdiyi, övladlarından və yaxınlarından küsüb, son ümidgahı kimi "qocalar evinə” sığınan yaşlıların yanında - Bilgəh qəsəbəsində yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində” olduq.
 
Hər kəsin həyat hekayəsi fərqli, gəliş səbəb isə oxşardır... Bəziləri kövrəkdir, danışanda gözləri dolur, dodaqları titrəyir. Bəziləri qürurludur, - "buradayamsa, demək ki, belə məsləhətdir!”- söyləyənlər də var. Bəziləri isə bütün etinadsızlıqlara rəğmən, gözləri dola-dola, hələ də övladları tərəfindən deyil də, öz istəkləri ilə bura gəldiklərini vurğulayırlar.

Yolda gələndə özü-özümə düşünürdüm ki, bir övlad niyə valideynindən imtina etsin, axı?! Məgər onlar bizdən çətin zamanlarında, həyatlarından bezdikdə belə imtina edirlər? Axı, valideynlər onları tərk edən, hətta aldadıb, bura gətirən övladları barədə pis bir fikir söyləmirlər. Ən pis ehtimalda isə ümumiyyətlə heç nə danışmırlar... Beynimdə dolaşan suallara cavab tapa bilmirdim. Bəlkə də qəbul etmək istəmədiyimdəndir? Bilmirəm, mən bunu son çarə olaraq belə görmürəm...

Qarşılaşdığım hər insana fikir verməmək qeyri-mümkün idi. Göz-gözə gəldiyində, gözü üzündə qalan, bir salam və ya xoş bir söz uman, körpələşmiş nənə, babalar... Nə babam, nə də ki, nənəm olmadığı üçün onların baxışından yağan səmimiyyət ürəyimi isidirdi. Hamısı ilə oturub danışmaq, söhbət etmək, ən azından hal-əhval tutmaq istəyirdim. Ancaq günorta yeməyi saatında getdiyimiz üçün danışmaq şansım o qədər də çox olmadı.


 
 
Ilk olaraq yeməkxanaya daxil olduq, onlar üçün süfrə hazılanırdı. Bizi "Qocalar evi”nin müdiri Qətibə Əsədova qarşıladı. Elə tanış olduğumuz vaxt özümü təqdim etdim ki, "azxeber.com” saytının əməkdaşıyam, icazənizlə gəlmişkən kiçik repotaj da hazırlamaq istəyirəm. "Məmnuniyyətlə!” – deyib, hətta məni xüsusi yaradıcılığa malik olan pansionat sakinləri ilə də danış edəcəyini bildirdi. 

"Pansionatımız tam dövlət təminatlıdır, 222 nəfər sakinimiz var.  90 nəfərdən çoxu isə əlildir, onlar da xüsusi qulluqla təmin olunur. Dövlət təminatlı olmağımıza baxmayaraq, yardımsevər insanlar sağ olsun ki, xüsusi diqqət göstərərək gəlib, onlara baş çəkir, yeməklə təmin edir, xüsusi konsert proqramı hazırlatdırırlar. Bəzən elə olur ki, gəlib, bəzi qocaları gəzməyə, müalicəyə ehtiyacı olanları xəstəxanaya aparırlar. 
Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyeva tez-tez bizim pansionatımıza baş çəkir, sakinlərimizin qayğıları ilə məşğul olur. Bu yaxınlarda "Həyat” Fondunun təşəbbüsü ilə 9 nəfər xərçəng xəstəsi sakinimiz əməliyyat olunub”.

Qətibə xanımdan rəhmətə gedən qocaların aqibətini soruşduqda isə o: "Qocalardan biri rəhmətə gedəndə zəng edirik, gəlib aparırlar. Eləsi var ki, övladı olsa da gəlib aparmır, eləsi də var heç kimi yoxdur. Rəhmətə gedənləri yaxınları aparmayanda onları Bilgəh qəbiristanlığında dəfn edirik. Həmin qəbiristanlıqda Qocalar evinin ayrıca yeri var”- deyə bildirdi.


 
Yemək saatına bir neçə dəqiqə qalmış Qətibə xanımdan icazə alıb, ümumi şəraitə baxmaq üçün yuxarı mərtəbələrə çıxdım. Burada mənə "Qocalar evinin” baş tibb bacısı Nəzakət Bayramova bələdçilik etdi. O, gəzdikcə pansionat haqqında qısaca məlumat verdi. 


 
Düzünü desəm bu qədər gözləmirdim. Şərait gözlədiyimdən qat-qat yaxşı idi. Övlad qayğısından məhrum qalmış valideynlərə dövlət qayğısının yüksək səviyyədə olması məni sevindirdi.


 

 
 

Ətrafı gəzərkən gözümə rəsm əsərləri sataşdı. Nəzakət xanımdan bunların sakinlərin əl işi olub olmadığını soruşdum. O, əsərlərin "Qocalar evinin” sakini Davud dayının əsərləri olduğunu vurğuladı. 

 

 
 

Hətta Davud dayı bəzi əsərlərini "Heydər Əliyev Fonduna” da göndərib.
 
 
Bu əsərə baxıb, xeyli düşündüm. Görəsən Davud dayı bu əsərdə nə demək istəyib?! Əsərdə eşqinimi, uzadib, geri çevirilmiş əlinə sığınmış xatirlərinimi, yoxsa heç görmədiyimiz bir şeyimi tərənnüm edib?!


 

 
Əsərlərə baxdıqca məndə maraq oyanırdı, fərqli insan olduğunu hiss edirdim. Buna görə də Nəzakət xanımdan məni Davud dayı ilə tanış etməsini xahiş etdim.

Yeməkxanaya enəndə artıq günorta yeməyi vaxtı çatmışdı. "Qocalar evinin” qocaman sakinləri yavaş-yavaş yeməkxanaya enib, öz masalarında əyləşirdi. Kənarda durub onları seyr edirdim. Kimisi bükülən belini tutub, asta-asta gəlir, kimisi bəzənib, saçını "priçoska” edib, elə gəlirdi ki, elə bil dünyanın ən xoşbəxt insanıdır. Bəzilərinin zəhmi isə insanı ürküdürdü. Görəsən bu cür zəhmli insanın yolu bu tərəfə necə düşüb? Zəhmli görünməsinə baxmayaraq illərin yorğunluğu üzündəki qırışlarda əks olunmuşdu elə bil. Bu məqamda Nəzakət xanım yaxınlaşıb dedi ki:-  Baxdığın şəxs Davud dayıdır. Elə yerimdəcə, uzaqdan onun şəklini çəkdim.

 

Davud dayının fərqli biri olduğunu hiss etmişdim. Ümumiyyətlə yaradıcı insanlar işığı ilə digərlərindən zaman, məkan fərqi olmadan seçilir. 75 yaşlı Davud dayı deyir ki, rəssamlıq onun uşaqlıq həvəsidir. Mənim üçün isə ən maraqlısı Davud dayının bura necə gəlməsi idi. O, deyir ki, Moskvada işləyirmiş, bir gün Vətənə qayıdanda gəlib görüb ki, evi yoxdur, yanıb. Elə o vaxtdan da bura üz tutub.


 
Davud dayı ilə sağollaşmışdım ki, Qətibə xanım məni çağırdı ki, gəl bizim sevimli şairəmizlə tanış ol! 

Zəminə müəllimə Qarabağlı – o, özünü bu cür təqdim etdi. Zəminə xanımın 73 yaşı var. O deyir ki,  ADPU-nun fizika-riyaziyyat fakültəsini bitirib. Zəminə xanım 1993-cü ildən buranın sakinidir, özünün təbirincə desək köhnə adamlardandır.


 
Zəminə xanım həvəskar şairədir, hətta onun "Şeirlər” kitabı da var. 
Görünür o da etinadsızlıq qurbanı olub. Ailəsi haqqında soruşduqda bu barədə danışmaq istəmədiyini, diqqəti şeirlərinə yönləndirdiyini söylədi.


 

 
 
Bura gəlişim ilk olmadığı üçün Mina xanımı əvvəldən tanıyırdım. Onu ilk gördüyüm an diqqətimi cəlb etmişdi, olduqca baxımlı, yaşına rəğmən gözəl qadındır. Reportajın əvvəlində də qeyd etdiyim kimi o  da biganəlik qurbanı olanlardandır. 

Mina xanım Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 41 il mədəniyyət sahəsində çalışmasına baxmayaraq o indi burada – "Qocalar evindədir”. Atasını heç vaxt görməyən Mina xanım deyir ki, hələ uşaq ikən həyat ona öz acı tərəfini biruzə verib. 

"Atam mən dünyaya gəlmədən öncə müharibəyə gedib və bir daha qayıtmayıb. Gedəndə nənəmə tapşırıb ki. əgər qızım olsa onun adını "Mina” qoyarsınız”.

Sən demə onun keşməkeşli həyatı çox erkən başlayıb. Daha sonra anası ikinci dəfə ailə həyatı qurub. 

"Həyat o zaman üzümə güldü ki, atalığım çox yaxşı insan idi. Məni öz övladı bildi, heç vaxt ögəylik hiss etdirmədi”.
 
"Necə oldu ki, qocalar evinə gəldiniz?” deyə sual vermişdim ki, gözündən yaş axmağa başladı.
 "Şəkidə yaşayırdım, oğlum əsgərlikdə idi, yoldaşım da rəhmətə getmişdi. Anam rəhmətə gedəndən sonra qardaşımın yoldaşı məni evdən məcbur edib çıxardı. Çox yalvardım, hara gedərəm, mənim başqa kimim var, axı?- dedim, məhəl qoymadı. Məcbur Bakıya gəldim işə düzəldim, iş yoldaşlarım mənə köməklik edirdi. Amma tale elə gətirdi ki, gəlib bura çıxdım. 18 ildir buradayam”. 

Ağladı, çox danışdırmağa ürəyim gəlmədi. Nuş olsun deyib, masasından qalxdım.



 
Sonda ağsaqqal dayımız möhtəşəm qarmon ifası ilə hamımızı şənləndirdi.

Adını öyrənmək fürsətim olmasa da, onun haqqında bircə şey öyrənə bildim. Kimsəsizdir... 

Artıq getmək vaxtıdır, hamısı ilə sağ ollaşıb gedirdim ki, arxadan"Baş çəkdiyiniz üçün çox sağ olun, bizi unutmayın. Tez-tez gəlin!” deyə bir səs gəldi. Geri qayıdıb ağbirçək nənəni bərk-bərk qucaqladım.
 
"Nənəmi necə unuda bilərəm?! Tez-tez gələcəm, yanınıza!” deyib oradan uzaqlaşdım...//azxeber.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 410 06.02.18 16:02