Toya hazırlaşan oğlanın dəhşətli qətli — Məhkəmə » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |    

Toya hazırlaşan oğlanın dəhşətli qətli — Məhkəmə

Ağdaş rayonunda bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə təqsirləndirilən 37 yaşlı Cabir Savxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqanı Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl Ağdaş rayonunun Qəribli kəndində törədilib. Kənd sakini Cabir Savxanov həmkəndlisi, 22 yaşlı Sahib Həsənovu bıçaqlayıb.

Onların arasında mübahisə kənddə keçirilən toy məclisində düşüb. İçkili vəziyyətdə olan Cabir Savxanov Sahib Həsənovla mübahisəni toyxanadan kənarda davam etdirmək üçün onu çölə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunun sol buduna bir neçə zərbə endirib.

Qəribli kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşdiyindən yaralı xəstəxanaya gec çatdırılıb və nəticədə o, dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin də daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Cinayəti törədən Cabir Savxanov hadisədən bir neçə saat sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, ailəlidir, 2 övladı var. Nişanlı olan Sahib Həsənovun ailəsi onun toyuna hazırlaşırmış.

Cabir Savxanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü günahkar bilib.

Növbəti proses fevralın 15-də davam edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            11 268 03.02.18 21:43