Ağdasda məscidin yanmasının səbəbi bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Ağdasda məscidin yanmasının səbəbi bilindi

Xəbər verdiyimiz kimi, ötən gecə Ağdaş rayonunun Güvəkənd kəndində məscid yanaraq yararsız hala düşüb.

ARB TV xəbər verir ki, ümumi sahəsi 180 kvadratmetr olan məscidin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı dini kitablar, qiymətli xalçalar, müxtəlif əşyalar yanaraq külə dönüb. Hadisə zamanı məsciddə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Kənd sakinləri hadisədən gec xəbər tutduğu üçün məsciddən heç nə çıxara bilməyiblər.

Hadisə yerinə FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının ilkin ehtimallara görə qısaqapanmadan çıxdığı bildirilir.

Qeyd edək ki, məscid 1993-cü ildə inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdi. Ətrafdakı bir neçə kəndin dindarları Güvəkənd məscidinə gələrək ibadət edirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 388 03.02.18 17:20