Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |    

Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda sərnişin avtobusunun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 198 saylı sərnişin avtobusuna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə daş atılıb.

Sonuncu atılan daş avtobusun şüşəsini qıraraq nəqliyyat vasitəsinin sağ tərəfində əyləşən 52 yaşlı Bayramov Şakir Ağaqulu oğlunun baş və göz nahiyələrinə dəyib. Nəticədə sərnişin ağır xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Orada başı müayinə edilən kişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 639 02.02.18 11:38