Nazirlik Bayıldakı SON DURUMU AÇIQLADI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Nazirlik Bayıldakı SON DURUMU AÇIQLADI

“Yanvar ayı ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmənin dinamikasında aktivlik müşahidə edilsə də, son bir neçə gün ərzində orada sürüşmə ilə bağlı vəziyyət stabilləşib, monitorinq məqsədilə quraşdırılmış mayaklarda çatlar əmələ gəlməyib”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Nazirlik rəsmisi ərazidəki tədqiqat işlərinin demək olar ki, yekunlaşdığını söyləyib.

Mütəxəssis əlavə edib ki, hazırda monitorinqlərin nəticələri araşdırılır: “Bayıl yamacında baş verənlər sürüşmə-çökmə-oturma prosesidir. Bu proses təbii amillərin – yağışların, yaxud yeraltı suların təsirindən ola bilər. Yamacın müxtəlif məqsədlər üçün şaquli kəsilməsi də sürüşmənin baş verməsinə təsir göstərən amillərdəndir. Amma bütün bu amillər bir gündə deyil, zaman-zaman yamacın geoloji strukturunda dəyişikliklər yaradıb”.

R.Həsənov bildirib ki, Bayıl yamacındakı sürüşmənin qarşısının alınması üçün yamacın aşağı hissəsində istinad divarının tikilməsi, yamacın yuxarı hissələrində suvarmadan məhdudiyyətlə istifadə edilməsi, yağış sularının müəyyən qədər istiqamətləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir.

Bayıl yamacının yükünün azaldılması üçün ərazidəki evlərin sökülməsinə ehtiyacın olub-olmadığına gəldikdə, R.Həsənov bildirib ki, evlər yamacın aşağı hissəsindədir:

“Yuxarı hissədə evlər yoxdur. Çatların qeydə alındığı ərazi yamacın yuxarı hissəsindədir, evlərdən çox uzaqdadır. Sakinlərin evlərdən köçürülməsində məqsəd də təhlükəsizliyin təmini olub. Çünki yuxarı hissədən böyük süxur kütlələri axaraq evləri basa bilər. İstinad divarı yamacın aşağı hissəsindən tikilməlidir. Orada da evlər var. Araşdırmalardan sonra ehtiyac olarsa, sakinlər oradan köçürürlə bilər. Lakin bu məsələ ilə aidiyyatı dövlət qurumları məşğul olurlar”.

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 233 01.02.18 17:14