Bakıda 2 avtomobil toqquşub. Lent.az xəbər verir ki, Salyan yolu 2 ünvanının qarşısında Səfa Mirzəyevin idarə etdiyi "QAZ 3110" marklı avtomobillə İsmayıl Qarayevin sürdüyü "Toyota Land Cruiser" toqquşub. Nəticədə "QAZ 3110" yanmağa başlayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının miqyasının artmasının qarşısını alıb.Xoşbəxtlikdən xəsarət alan olmayıb. Araşdırma aparılır.