Manatın ilk eskizlərinin müəllifi: “Pulları ölkəyə idman çantasında gətirdik” – MÜSAHİBƏ (FOTO + VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Manatın ilk eskizlərinin müəllifi: “Pulları ölkəyə idman çantasında gətirdik” – MÜSAHİBƏ (FOTO + VİDEO)

1956-cı ildə Bakının Əmircan kəndində anadan olan Eldar Mikayılzadə xalçaçı-rəssam, Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. Üzərində Nizami Gəncəvi və Məhəmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunmuş 500 və 1000 manatlıq əskinasların dizaynı məhz ona məxsusdur.

Eldar Mikayılzadə AzVision.az-a müsahibəsində Azərbaycan manatının hazırlanması ilə bağlı maraqlı məqamlardan söz açıb.

- Bu, dövlət sifarişi idi. Müsabiqə elan olundu və mənim eskizlərim qalib oldu. Mövsüm Orucov adında bir tələbə dostum var idi. Onu dəvət etdim. Qrafik işləri ilə o məşğul oldu, kompozisiyanı isə mən hazırladım.

1991-ci ilin sonu, 1992-ci ilin əvvəlləri idi. İlk nümunələri hazırlatmaq üçün Mövsümlə birlikdə Parisə getdik. Orada pul çap olunan yerə baş çəkdik. Onların texnologiyası ilə tanış olub, geri qayıtdıq. İlk manatların çapı hələ də yadımdadır. Bunlar önəmli hadisələr idi. Prosesləri sadəcə ilk valyutamızın çapı kimi qəbul etmək olmazdı. Çünki Parisdə çap olunan ilk nümunələr Azərbaycanın müstəqilliyinin göstəricisi idi. SSRİ ölkələri arasında öz valyutamızı çap edən birincilərdən olduq. Bu, o demək idi ki, müstəqillikdə sənin də payın var, sən də iştirak etdin. Bu, bir şans və ya tarixi hadisədir.


-İlk pulları ölkəyə gətirməyinizi xatırlayırsınızmı? 

-Əlbəttə, xatırlayıram. İlk pullarımız nümunə üçün nömrəsiz çap olunmuşdu. 1 manatdan 250 manata kimi pul əsginası hazırlatdırdıq. Sonra onları xüsusi çemodanlara qoyduq. Ancaq bizimlə çalışan fransız yaxınlaşıb bildirdi ki, Parisdə ermənilər çoxdur, sizin üçün problem yaradarlar. O, bizə pulları çemodanda aparmamağı məsləhət gördü. Qərara aldıq ki, pulları idman çantasında aparaq. Qaldığımız oteldə gecə saatlarında taxta yeşiyi sındırıb, ilk nümunə valyutamızı idman çantasına qoyduq və ölkəyə belə gətirdik. 


İkinci dəfə Fransaya Milli Bankın o vaxtkı sədri, Baş nazirin müavini də bizimlə getmişdi. Həmin an gördüyü işin dəyərini o qədər də hiss etmirsən. Zaman keçəndən sonra hiss edirsən ki, Allah sənə böyük bir xoşbəxtlik verib. Müstəqil Azərbaycanın pasportu ilə ilk dəfə sərhəddi Fransaya Mayakovskinin məşhur şeirini oxuya-oxuya keçdim:

"Alın...a! Yana-yana qalın...a! Mən Azərbaycan vətəndaşıyam!".

Kənardakılar da baxırdı ki, bunun başına hava gəlib. Onda fiziki olaraq müstəqilliyi hiss etdim. Mayakovskini başa düşdüm ki, o, hansı həvəslə bu şeiri yazmışdı.


-Eskizlər hansı variantlarda hazırlanmışdı. Bunun üçün hansı tarixi şəxsiyyətlər təklif olunmuşdu?

- İlk eskizlər 7 nominantda işlənmişdi. Azərbaycanın bölgələrinin böyük şəxsiyyətlərinin portretlərindən, mədəni abidələrindən, florasından, faunasından nümunələr vardı. Ancaq iqtisadi problemlər var idi, Azərbaycanın maliyyə durumu yaxşı deyildi. Eyni zamanda ölkədəki siyasi durum, dəyişikliklər də buna təsir edirdi. Buna görə də həmin eskizlər çapa hazır vəziyyətdə olsalar da, proses saxlanıldı. Çapdan bir ay əvvəl eskizləri Parisdə yenidən işlədik. 





Məcbur olub şəxsiyyətlərin sayını azaltdıq. Mindən beş yüzə dəyişmələr oldu. Əvvəl Məhəmməd Əmin Rəsulzadənin şəkli 500 manatın, Nizami Gəncəvinin şəkli isə 1000 manatın üzərində idi. Onu təzədən dəyişdirməli olduq. Həmçinin kağızın kefiyyətindən, “sirli” xətlər vardı ki, onlardan da kəsməli olduq. Eyni zamanda naxışından, rəngindən azaltdıq. Çünki onların hər biri böyük miqdarada pul tələb edirdi. İşlənən eksizlə çıxan pul arasında yerlə-göy qədər fərq var idi.

Beləliklə, 1991-ci ildən başlayan proses 1992-ci ildə sabiq prezident Əbülfəz Elçibəyin zamanında tamamlandı, pul dövriyyəyə buraxıldı.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 387 27.01.18 13:38