Tacikistanda xəyanətə görə cəza tətbiq oluna bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Tacikistanda xəyanətə görə cəza tətbiq oluna bilər

Tacikistanda ər-arvadın xəyanətə görə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxıla bilər.

Oxu.az xəbər verir ki, bu barədə Tacikistanın baş prokuroru Yusuf Raxmon mətbuat konfransında KİV nümayəndələrinin sualına cavabında bildirib.

Jurnalistlərdən biri ölkədə son zamanlar qısqanclıq zəmində qətl hadisələrinin çoxaldığını bildirib və xəyanatə görə cəzanı nəzərdə tutan qanunvericiliyə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın əvvəlində Tacikistanda qətl törətməkdə şübhəli bilinən 56 yaşlı Çorboq kənd sakini hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli fərdi təsərrüfatla məşğul olan 40 yaşlı keçmiş həyat yoldaşının iş yerinə gələrək, ona qısqanclıq zəminində 19 bıçaq xəsarəti yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanları əməkdaşları qətl törətməkdə şübhəli bilinən 51 yaşlı Tursunzadə şəhər sakinini saxlayıb.

Şübhəli sentyabrın 26-da, içkili vəziyyətdə 50 yaşlı keçmiş həyat yoldaşının evinə gəlib. Onların arasında mübahisə düşüb. Şübhəli qadının qarın boşluğuna bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 609 25.01.18 14:57