Bakıda çəkisi 370 qram olan uşaq doğuldu - Ailəsi istəmədi (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda çəkisi 370 qram olan uşaq doğuldu - Ailəsi istəmədi (VIDEO)

“Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi”. 

Median.Az xəbər verir ki, bu sözləri Op. Dr. uşaq cərrahı və uroloqu Aqil Əbilov “Qafqazinfo”ya hadisəylə bağlı açıqlamasında deyib. 

Həkim həmçinin körpənin anasının səhhətindən də danışıb: 

"Azərbaycanda çox ailələr bu halda uşağın yaşamasını istəmir. O uşaq anada düşük olduğu üçün gətirilmişdi və heç kim yaşayacağına inanmırdı. Müayinə zamanı məlum oldu ki, hər şey normaldır. Həmin uşaq bir müddət küvəzdə saxlanıldığı təqdirdə yaşaya bilər. Ancaq bu proses uzun çəkəcəkdi. Maddiyyatla da əlaqəsi yoxdur. Sadəcə ailə yaşamasını istəmədi. 

Sosial şəbəkələrdə bu kimi videoları paylaşmaqda bir məqsədim var, o da valideynləri maarifləndirmək. Bunun kimi vaxtından əvvəl doğulmuş başqa bir körpənin də videosunu paylaşmışam. Körpəni 770 qram olan zaman bağırsaq çürüməsi səbəbindən əməliyyat etmişik. Artıq qidalanır və 970 qram olub. Hər uşağın yaşamaq ümidi və şansı var. Təki əldən gələn hər şey edilsin. Bu payıaşımlarımla valideynlərə göstərmək istəyirəm ki, erkən doğuşlarda övladdan tez imtina etməsinlər, onlara bir yaşama şansı vermələri kifayətdir”. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 441 25.01.18 14:27