Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |    

Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır – VİDEO

Moskva şəhərinin cənub-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda  yanğın baş verib.

Oxu.az xəbər verir ki, bu barədə “RİA Novosti” paxtaxtın fövqəladə hallar xidmətindən olan mənbəyə istinadən məlumat yayıb.
“Üçüncü cərgədə pavilyon yanır, yanğın təxminən 20 kvadrat metr sahəni əhatə edir”, – deyə adı açıqlanmayan mənbə bildirib.
Məlumata görə hadisə yerinə gələn xilasedicilər təxliyyə işləri aparır.

Xatırladaq ki, ötən həftə həmin bazarda tikinti tullantılarının alovlanması nəticəsində 300 kvadrat metr sahə yanmışdı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

“Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.

Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 200 25.01.18 12:16