DİQQƏT! Bakıda özünü məmur kimi təqdim edib pul yığan fırıldaqçını tanıyın (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

DİQQƏT! Bakıda özünü məmur kimi təqdim edib pul yığan fırıldaqçını tanıyın (VİDEO)

Bakının Xətai metrosu yaxınlığında mağazada dələduzluq hadisəsi baş verib. 

Baku.ws-ə müraciə edən “KidSmart “ uşaq mağazasının sahibi Gündüz Nəcəfquliyev bildirir ki, ötən gün saat 12:51-də mağazasına daxil olan şəxs kassada əyləşən işçini aldadıb.

Mağaza sahibinin sözlərinə görə, özünü məmur kimi təqdim edən şəxs kassa üçün lisenziya ödənişi tələb olunduğunu bildirib. Kassada əyləşən xanım bu barədə məlumatı olmadığını bildirib. Həmin şəxs isə guya mağaza sahibinə zəng edib və başqa biri ilə danışaraq ödənişlə bağlı razılıq alıb.

Kassiri inandıran şəxs 92 AZN pulu aldıqdan sonra mağazadan çıxıb və ərazidən uzaqlaşıb. Mağaza sahibi Gündüz Nəcəfquliyev məsələni araşdırdığını və bu cür hadisələrin başqa mağazalarda da bir neçə dəfə təkrarlandığını bildirib.

"Bu şəxs və bununla əlbir olanlar yeni mağazaları hədəf seçir. Çünki mən dövlət kassasını 19.01.2018 tarixində quraşdırmışam. 2 gündən sonra isə bu şəxs peyda olub. Mən yeganə zərərçəkmiş deyiləm. Belə hadisələr tez tez olur. Kassa aparatını quraşdırandan sonra dələduzlar mağazaya gəlib pul tələb edir. 
Hadisənin görüntülərini təqdim edirik:  скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 451 22.01.18 15:09