Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqrad rayonunda partlayışın baş verəcəyi iddiası ilə kommunal mənzilin sakinlərini təşvişə salan azərbaycanlı saxlanılıb.

Oxu.az “Невские Новости”yə istinadən xəbər verir ki, yanvarın 21-də, 16:28 radələrində polisin növbətçi hissəsinə 14 saylı mənzildən, 1977-ci təvəllüdlü vətəndaş tərəfindən məlumat daxil olub. Həmin şəxs polisə evin qısa zamanda partlayacağını bildirib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayətləri üzrə 18 saylı polis bölməsindən  briqada göndərilib. Qeyd olunan kommunal mənzilin dəhlizində 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Əvvəllər məhkumluğu olmayan şəxs polis bölməsinə aparılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə cinayət işi açılıb.

Mənzildə aparılan axtarış zamanı içəridə heç bir partlayıcı vasitə və ya partlayış təhlükəli qurğu  aşkarlanmayıb. Sakinlərin təxliyyə olunmadığı bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 490 22.01.18 14:27