İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılmasına – REAKSİYA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılmasına – REAKSİYA

Ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb. 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, ümumilikdə 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb. 

DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib:
“Ölkəyə cəmi üç nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük”.

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib:

“Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan üç nəfərin adına qeydiyyatda olan altı maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsinizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 249 19.01.18 13:43