“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...

Hələ 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumat vermişdik. 

Median.Az xəbər verir ki, həmin vaxt Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı. Bu açıqlama üzərinə qınaq obyektinə çevrilən zavod rəsmisi, çarəni jurnalistləri zavoda toplayaraq, hələ də fəaliyyətdə olmaları təsəvvürü yaratmaqda gördü.

Amma rəsmi statistika bu göstərilənlərin əsassız olduğunu bir daha sübut edir. Belə ki, Naxçıvan İqtisadiyyat Nazirliyinin açıqladığı rəsmi statistikada göstərilib ki, yanvar-iyul aylarında zavodda cəmi 30 ədəd minik avtomobili yığılıb. Bu rəqəm həm də bütövlükdə 2017-ci ili əhatə edir.

Modern.az rəsmi rəqəmlərə istinadən bir daha icraçı direktor Musa Abdullayevə müraciət edib. M.Abdullayev isə bu barədə danışmaq istəmədiyini əsəbi şəkildə qeyd edib:

“Kim nə istəyir yazsın, mən şərh verməyəcəm. Nə sualınız varsa, Naxçıvan İqtisadiyyat Nazirliyinə müraciət edin”.

Xatırladaq ki, zavodda 2016-cı ildə ümumilikdə 1200 avtomobil istehsalı nəzərdə tutulsa da, 270 avtomobil istehsal olunmuşdu.

Sifarişlərin artdığı vaxtda “NAZ-Lifan” avtomobili alan qurumlar sırasında Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları var idi.

Naxçıvan Avtomobil Zavodunda (NAZ) 8 modeldə minik avtomobilinin istehsalı nəzərdə tutulmuşdu. Bunlar "NAZ-Lifan 720”, "NAZ-Lifan 820” (Premium modellər), "NAZ-Lifan 620”, "NAZ-Lifan 630” (sedan modellər), "NAZ-Lifan X50” və "NAZ-Lifan X60” (SUV), "NAZ-Lifan 320” və "NAZ-Lifan 330” (mini) modelləridir.

"NAZ-Lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-Lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Onu da qeyd edək ki, NAZ avtomobillərinin ehtiyat hissələri Çinin avtomobil zavodundan gətirilirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 097 18.01.18 13:44