“Səhər saat 8-də burada tualetə görə uzun növbə olur” – VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

“Səhər saat 8-də burada tualetə görə uzun növbə olur” – VIDEO

“Əkiz qızlarım var. Biri talassemiya xəstəsidir, biri də daşıyıcısı. Onları mikrobdan uzaq yerdə böyütməliyəm, 18 ailənin ortaq hamamında bu nə dərəcədə mümkündür?”

Sadəgül xanım bu sözləri deyib qonşuda ağlayan qızının yanına qaçır. Uşağı bir az sakitləşdirib sözünə qaldığı yerdən davam edir:
“Balaca otaqdır, iki uşağı birlikdə saxlamaq mümkün deyil. Qızlarımdan biri yatdığı üçün digərini qonşuya keçirmişəm. Qonşunun vəziyyəti də elə məndən betər”.

Redaksiyamıza daxil olan müraciət əsasında bu dəfə Məktəbli küçəsi: 6 ünvanında yerləşən 12 saylı peşə litseyinin yataqxanasında olduq. Həmsöhbətimiz Sadəgül Paşayeva və yataqxanada məskunlaşmış digər 18 ailə Füzulidən olan məcburi köçkünlərdir. Artıq 20 ildən çoxdur ki, bu yataqxanada yaşadıqlarını deyən sakinlər aidiyyatı qurumlardan tez bir zamanda köçürülmələrini xahiş edirlər:
“18 ailənin ortaq hamam-tualeti nə olar? Mikrob mənbəyidir. Yataqxananın bir başında uşaq qrip olanda o biri başına kimi hamı xəstələnir. Yemək bişirməyə növbədir, paltar yumağa növbədir, tualetə belə növbə gözləyirik. Səhər uşaqlar məktəbə gedəndə dəhlizdə uzun növbə yaranır”.

Sakinlər onu da bildirib ki, yataqxanada ötən il bir neçə yanğın baş verdiyi üçün mətbəx yenidən təmir olunub:

“Yanğın olmasaydı, indi burada küləkdən durmaq olmazdı. Elə ailə var ki, üç övladı məktəbə gedir. Onda məcburdur biri gəlib mətbəxdə dərs oxusun…” (qafqazinfo.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 455 13.01.18 17:41