"Fədayədən sonra məni toylara çağırmırlar" - İlahə həbsdəki bacısından danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |    

"Fədayədən sonra məni toylara çağırmırlar" - İlahə həbsdəki bacısından danışdı

Müğənni İlahə Fəda "Səni axtarıram" verilişinin qonağı olub.

Median.Az
Axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda həbsdə olan Fədayə Laçından danışıb.

O, aparıcının Fədayə ilə bağlı suallarını cavablandırıb və bunları deyib:

"Nə qədər yaxşı olacağını təsəvvür edin. Bu da bir çilədir, yazıdır çəkirik. Fədayənin səsini yayımlamasınlar çox pis oluram. İkimiz də Bakıya gələnə qədər çox yaxşı yaşamışıq. Bilmirəm harada səhv etdik... Bakıya gəldik, 4 qız və anamız. Çətin idi bizə... Biz ögey atanın da nə olduğunu gördük... Fədayənin də, mənim də uşaqlıqdan bir qanadımız qırıq olub. Atasız uşaqlar bizi başa düşər.

Sənəti buraxmadım, amma gördüm ki, toymara getməklə çətin olacaq. başladım ticarətlə məşğul oldum. Zəngin oldum, hər şeyim var idi. Sevdiyim insan 41 yaşında rəhmətə getdi".

İ.Fəda bacısı həbs olunandan sonra heç kimin onu toya dəvət etmədiyini söyləyib:

"Demirəm, bacımın günahı yoxdur. Var ki, hüquq mühafizə orqanları onu tutub. Bacımın günahı təsdiq olunmayıb. Onun haqqında yazılanlara dözə bilmirəm. Onu necə günahlandıra bilərsiniz? Toylara belə artıq məni çağırmırlar. Fədayənin günahı var, bəs mənim? Məni artıq tədbirlərə dəvət etmirlər. 1996-cı ildən toya çağrılmışam. Nə vaxt dava salıb, adam döydürmüşəm? Mənim günahım nədir? Pul üçün heç yüngül mahnılar oxumağa qıymamışam.

Bizim Fədayənin o şəxslə münasibətindən xəbərimiz yox idi. O haqda danışmaq istəmirəm. Əgər günahı varsa, istəyirəm ki, cəzasını çəksin. Yoxdursa, azadlığa çıxıb danışacaq.

Çörəkpulunu toydan qazanırdım. İndi onu da çox gördülər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 526 13.01.18 16:52