Azərbaycanlı tələbədən Ərdoğana hədiyyə » Median.Az News Agency

Azərbaycanlı tələbədən Ərdoğana hədiyyə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetində “Marmara Üniversitesi 135. Kuruluş Yıl Dönümü Programı”nda çıxış edərkən maraqlı sürprizlə qarşılaşıb.

Oxu.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, universitetin rektoru Emin Arat Türkiyə prezidentinə bahalı hədiyyə təqdim edib.

Daha doğrusu, o, universitetin Azərbaycan əsilli doktorluq tələbəsi Tünzalə Məmmədzadənin 3 ildə düzəltdiyi 50 metrlik şəffaf ipək üzərinə qızıl və gümüş rəngli boya ilə nəxş edilmiş “Qurani-Kərim”i Ərdoğana hədiyyə edib.скачать dle 11.3








626 13.01.18 14:18