Azərbaycanda rusiyalı alim itkin düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanda rusiyalı alim itkin düşüb

Azərbaycanda Rusiya Elmlər Akademiyasının Astronomiya institutunun əməkdaşı, Rusiya vətəndaşı Dmitriy Çulkov itkin düşüb.

Bu barədə oxu.az-a gənc alimin yaxınları məlumat veriblər.

Bildirilir ki, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və mehmanxanaların birində qalıb. Evin sahibi yanvarın 5-də qonağın Göygöl seyrinə yollandığını qeyd edib. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, sonuncu, piyada yola düşüb və bir daha geri qayıtmayıb.

Bundan sonra D. Çulkov telefon zənglərinə cavab verməyib, internetə çıxmayıb.

“Anasına dedi ki, bir həftəlik gedirəm, iki gündən sonra onunla əlaqə kəsildi” – deyə Rusiya Elmlər Akademiyasının Astronomiya institutunda olan mənbə bildirib.

Çulkov Azərbaycanı artıq yanvarın 10-da tərk etməli idi. Ancaq aviaşirkət onun təyyarəyə minmədiyini bildirib. Hal-hazırda rusiyalı alimin axtarışlarını onun həmkarları və qohumları aparır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 632 13.01.18 14:03