Bakının mərkəzində faciə: meyiti iş yerində tapıldı » Median.Az News Agency

Bakının mərkəzində faciə: meyiti iş yerində tapıldı
Bakı sakini iş yerində vəfat edib. Lent.az xəbər verir ki, paytaxt sakini, 1973-cü il təvəllüdlü Məmmədov Ruslan Ravil oğlundan xəbər ala bilməyən yaxınları gecə saatlarında onun Yusif Məmmədəliyev küçəsində yerləşən iş yerinə gəliblər. Burada R.Məmmədovun meyiti aşkarlanıb.

İlkin müayinə zamanı 45 yaşlı kişinin cəsədi üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Araşdırma aparılır.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




676 12.01.18 16:29