Ramil Usubov polis bölməsinin rəisini dəyişdirdi » Median.Az News Agency

Ramil Usubov polis bölməsinin rəisini dəyişdirdi
Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.




750 12.01.18 16:08