Sinoptiklər: Bəzi meteohəssas insanlarda narahatlıq yarana bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Sinoptiklər: Bəzi meteohəssas insanlarda narahatlıq yarana bilər

Bakı və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 564 12.01.18 13:50