300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |     20:26 Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub  |     20:19 İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib  |     20:08 Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb  |     19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |    

300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi

Dünən Azərbaycanın Ukraynadakı diasporunun 300-dən çox nümayəndəsi Kiyevdə Daxili İşlər Nazirliyi binası qarşısına toplaşaraq, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyinə etiraz edib.

Median.Az
xəbər verir ki, azərbaycanlı sahibkarlar ölkədə baş alan quldurluğa görə şəxsən Ukrayna daxili işlər naziri Arsen Avakovun cavabdeh olduğunu hesab edir, azərbaycanlılara qarşı etnik zəminli cinayətlərin törədildiyindən şikayətlənir.

Həmvətənlilərimiz bir həftə ərzində təhlükəsizlik qüvvələri əməkdaşları və quldurlar tərəfindən oğurlanan 20-dən çox azərbaycanlının qaytarılması tələbi ilə ultimatum verib. Əks təqdirdə sahibkarlar polis şöbələrinə və ukraynalı qatı millətçilərin qərargahlarına hücum edəcəklərini bəyan ediblər.

Fəallar bildiriblər ki, digər millətlərin minlərlə nümayəndəsi, o cümlədən Ukraynada yaşayan qazaxlar, yunanlar, macarlar və digər millətlərdən olan nümayəndələr anoloji aksiyalarda iştirak etməyə hazırdır. Belə ki, həmin icmalardan olan iş adamlarının fəaliyyəti ilə bağlı vəziyyət acınacaqlıdır və fəalların dediyinə görə, ölkədəki korrupsiya, reyderçilik və şantaj yolu ilə soyğunçuluqda birinci növbədə Arsen Avakov və onun millətçi birləşmələri günahkardır. Belə birləşmələrin ticarət və inşaat sahəsində reket fəaliyyəti hesabına pul qazandığı bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 392 11.01.18 12:03