300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi

Dünən Azərbaycanın Ukraynadakı diasporunun 300-dən çox nümayəndəsi Kiyevdə Daxili İşlər Nazirliyi binası qarşısına toplaşaraq, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyinə etiraz edib.

Median.Az
xəbər verir ki, azərbaycanlı sahibkarlar ölkədə baş alan quldurluğa görə şəxsən Ukrayna daxili işlər naziri Arsen Avakovun cavabdeh olduğunu hesab edir, azərbaycanlılara qarşı etnik zəminli cinayətlərin törədildiyindən şikayətlənir.

Həmvətənlilərimiz bir həftə ərzində təhlükəsizlik qüvvələri əməkdaşları və quldurlar tərəfindən oğurlanan 20-dən çox azərbaycanlının qaytarılması tələbi ilə ultimatum verib. Əks təqdirdə sahibkarlar polis şöbələrinə və ukraynalı qatı millətçilərin qərargahlarına hücum edəcəklərini bəyan ediblər.

Fəallar bildiriblər ki, digər millətlərin minlərlə nümayəndəsi, o cümlədən Ukraynada yaşayan qazaxlar, yunanlar, macarlar və digər millətlərdən olan nümayəndələr anoloji aksiyalarda iştirak etməyə hazırdır. Belə ki, həmin icmalardan olan iş adamlarının fəaliyyəti ilə bağlı vəziyyət acınacaqlıdır və fəalların dediyinə görə, ölkədəki korrupsiya, reyderçilik və şantaj yolu ilə soyğunçuluqda birinci növbədə Arsen Avakov və onun millətçi birləşmələri günahkardır. Belə birləşmələrin ticarət və inşaat sahəsində reket fəaliyyəti hesabına pul qazandığı bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 383 11.01.18 12:03