Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ

Əməkdar artist Röya Ayxanın boş vaxtından istifadə edib, qaçaqaçın içində oğlu Hüseynin məktəbinə yollandıq.

Yolboyu onunla oğlu haqqında qısa söhbət etdik.

Median.Az həmin müsahibəni təqdim edir:

– Hüseyn gözümüzün qarşısında böyüdü. Artıq ikinci sinfə gedir...

– Çox xoşbəxtəm ki, evimdə oğlum böyüyür. Bu gün mən dünyanın ən xoşbəxt anasıyam. Hərdən məni yuxudan ingilis dilində dediyi şeirlərlə oyadır. Dərslərini yaxşı oxuyur. Allahıma gecə-gündüz dua etsəm, azdır. Tanrı bütün anaları öz balasından sevindirsin.

Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ


– Bildiyim qədərilə, bir neçə dil bilir...

– Bəli, artıq Azərbaycan dilini də sərbəst öyrənib. Rus, ingilis və fransız dillərində danışır.

– Oğlunuza yetərincə zaman ayıra bilirsiniz?

– Hüseyn bilir ki, anası müğənnidir. Zamanımın çoxunu səhnədə, studiyada, çəkilişlərdə keçirirəm. İşimlə əlaqədar tez-tez səfərlərdə oluram. Amma Hüseyn bunu anlayışla qarşılayır. Çünki dünyaya o mühitdə göz açıb. Mən də bütün qalan vaxtlarımı Hüseynlə keçirirəm. O, mənimlə yaşadığına görə xüsusi günlərdə, bayramlarda, məktəb yığıncaqlarında həmişə oğlumun yanında oluram.



– Hüseyn atasına daha çox oxşayır, yoxsa sizə?

– Hər ikimizin xasiyyətindən bir az götürüb. Məsələn, atası kimi bütün günü futbola baxır (gülür). Qonaq, dosta dəyər verməsi məsələsində isə eynilə mənə çəkib. İstəyir ki, dostları gəlsin, əylənsin. Birlikdə vaxt keçirsinlər.

– Evdə gəlib bəh-bəhlə bəhs etdiyi qız sinif yoldaşı var?

– Yox, sinif yoldaşlarının valideynləri ilə sıx münasibətimiz var. Adətən, məktəbdə nə olub, bitir, kim hansı dərsdə, necə reaksiya verib deyə müzakirələr edirik. Məsələn, Burhanın (Hüseynin sinif yoldaşı – red.) anası deyir ki, Burhan evə gəlib, hansısa qızdan danışır. O, hansı dərnəyə yazılıbsa, Burhan da həmin məşğuliyyəti seçir. Amma dediyim kimi, mənim oğlum belə şeylərə baş yormur (gülür).



– Gələcəkdə onun həyat yoldaşı seçiminə qarışmağı düşünürsünüz?

– Qətiyyən, oğlum kimi seçsə, onunla da ailə həyatı quracaq.

– Hüseynin arzuları nələrdir?

– Ən böyük arzusu ABŞ-da oxumaq və oranın prezidenti olmaqdır (gülür). Ona deyirəm ki, hər kim olursansan ol, ən önəmlisi, insan ol.



– Röya bir ana kimi özünü necə tərənnüm edir?

– Nə vaxt ki, övladım, öz ailəsinə, dostlarına, ən vacibi, vətəninə, yaşadığı ölkəyə lazımlı və layiqli insan olacaq, bax, o zaman deyəcəyəm ki, mən anayam.
















Mənbə: oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 080 10.01.18 13:40