Bakıda gecəsi 1000 manata görüşən fahişələr – FOTO » Median.Az News Agency

Bakıda gecəsi 1000 manata görüşən fahişələr – FOTO
Azərbaycanda elit əxlaqsız qadınlar üçün ilk belə məkan yaradılıb.

İnternetdə yeni, Azərbaycanda eskort-xidmətlər təklif edən ilk sayt yaradılıb.

Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bakuescortgirls saytı .com domen zonasında yaradılıb. Bunu anlamaq olar: Azərbaycanın .az domen zonasında işləyən qanunları intim xidmətləri, yəni fahişəlik xidmətlərini təklif edən saytları qəti şəkildə qəbul etmir.

Belə ki, həmin saytın əsas səhifəsində aşağıdakı mətn yerləşdirilib:

Bakıda gecəsi 1000 manata görüşən fahişələr – FOTO


"Biz Bakıda yüksək dərəcəli eskort-xidmətləri təklif etməkdən şadıq. Biz yüksək keyfiyyətə zəmanət verir, sizin gözəl bədən formasına malik xanımlarla kampaniyanızı təmin edirik.

Bizim təqdim etdiyimiz xidmətlər qüsursuzdur – eskort-xidmətlər üçün xanımlar gözəl görünür, seksualdırlar, zərif, ağıllıdırlar, yaxşı təxəyyülə, yumor hissinə malikdirlər və istənilən vəziyyətin öhdəsindən gələ bilərlərlər.

Bu, adi həyat tərzi sürən gənc xanımlardır. Onlar bəzən eskort-xidmətlər təklif edirlər, çünki zərif cənabların kampaniyasında olmaq maraqlıdır, onlar səyahət etməyi xoşlayır və istənilən ziyarətçinin həyatını bəzəyə bilərlər. Gənc xanımlar təhsillidirlər, onlardan bəziləri hələ də oxuyur, digərləri isə peşəkar model olaraq çalışırlar. Onlar entuziazmla zəngindirlər və sizə istədiyiniz şeyi təklif edə bilərlər.

Bizim gözəl xanımlarımız öz gənclikləri, zərifliyi, həssaslığı ilə sizi heyran edəcək və siz əlbəttə ki, onların xidmətlərindən razı qalacaqsınız. Siz özünüz də əmin ola biləcəksiniz ki, biz ən yüksək standartlara sadiqik və ən gözəl qızlarla əməkdaşlıq edirik”.

İnternetdə apardığımız axtarış nəticəsində məlum oldu ki, bu sayt Kristina Novikova adlı şəxs tərəfindən yaradılıb, saytın sahibinin ünvanı Bakının Mirzəağa Əliyev küçəsində yerləşir.

Saytda 7 qızın fotoşəkili yerləşdirilib və onlar aşağıdakı adlarla çıxış edirlər: Kristi, Olqa, Lətifa, Feyza, Uliana, Culiya və Xədicə.

Kristi





Olqa






Lətifə






Feyza






Ulyana






Culiya






Xədicə







Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilib. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək. Bundan başqa, saytda qiymət endiriminin mümkün olmadığı göstərilir, necə deyərlər "aşağı yeri yoxdur”.



Saytın "Haqqımızda” bölməsində isə aşağıdakılar yazılıb:

Baku Escort şirkəti dünya səviyyəli eskort şirkətidir, öz müştərilərinə zərif qızları təklif edir. Biz, biznes, təkbətək görüş, rəqs yaxud kamın qarşısında şərab qədəhi ilə müşayiət olunacaq privat gecə üçün eskort xidmətləri təqdim edirik.

Bütün əməkdaşlarımız əvvəlcədən yoxlanılır və ən gözəl xarici görünüş, yaş, danışmaq və istənilən şəxsin həyatını bəzəmək qabiliyyətləri üzrə seçilirlər. Biz, müştərilərimiz üçün ən yaxşı xidmətləri təmin etmək və onların istənilən kaprizləri, fantaziyalarını ödəyə bilmək imkanımızla fəxr edirik.

Bir neçə saatlıq əylənmək istəyirsiniz? Siz gözəl qızın eskort xidmətlərini birbaşa otelinizə sifariş verə bilərsiniz. O, sizinlə istədiyiniz qədər qalacaq və sizə unudulmaz birgə istirahət bəxş edəcək”.

Öz növbəmizdə ümid edirik ki, bu sayt barədə məlumat yerləşdirildikdən sonra ictimai qınağa səbəb olacaq və müvafiq orqanlar ölkədə fahişəliyi təbliğ edən sayta qarşı hərəkətə keçəcəklər.

Qeyd edək ki, Vikipediyanın yazdığına görə, eskort-xidmətlər müştərinin müvafiq imicinin formalaşdırılması üçün onun görüşlərdə, istirahətlərdə müşayiət olunması deməkdir. Əksər hallarda eskort-xidmətlər adı altında gizli fahişəliklə məşğul olurlar.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




100 165 18.12.17 18:24