Layihə rəhbəri: Aygün Kazımova ilə işləməkdən imtina etdik – VİDEO » Median.Az Агентство новостей
Layihə rəhbəri: Aygün Kazımova ilə işləməkdən imtina etdik – VİDEO
“Lider TV”-də aparıcı Murad Arifin təqdimatında yayımlanan “Status” verilişində Azərbaycanda keçirilən mükafatlandırma mərasimləri və yarışmalar müzakirə olunub.

Verilişdə qonaq olan “Number One” layihəsinin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Tural Ozan illərdir Xalq artisti Aygün Kazımova ilə işləməkdən imtina etdiklərini etiraf edib.

“Artıq 5 ildir ki, Aygün Kazımova “Number One Azerbaijan” mükafatlandırma mərasiminə dəvət edilmir. Biz onun kaprizləri ilə oynamaqdan imtina etmişik. A.Kazımovaya müraciət edəndə həmişə bizə “Natavan Həbibi orada olacaqsa, mən gəlməyəcəyəm” kimi şərtlər qoyurdu. Bildirdik ki, bu, beynəlxalq tədbirdir, veriliş deyil və biz heç kimin nazı ilə oynamırıq”, - deyə o vurğulayıb./oxu.azскачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.




1 107 07.12.17 12:41