Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov: Rəhbərlikdən xahiş edirəm ki... » Median.Az Агентство новостей
Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov: Rəhbərlikdən xahiş edirəm ki...
AFFA-nın İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılmış Mirhüseyn Seyidov apellyasiya şikayəti verəcək.

Median.Az
xəbər verir ki, bu barədə Ölkə.az-a açıqlamasında Seyidov özü məlumat verib: "Ya bu gün, ya da sabah rəsmi müraciətimiz olacaq. İnanıram ki, barəmizdə ədalətli qərar çıxarılacaq".

Seyidov bildirib ki, futboldan uzaqlaşdırıla biləcəyini düşünmürmüş: "Bilmirdim ki, ömürlük futboldan uzaqlaşdırılmaq da var. Çünki AFFA-dakı qaydaları bilmirəm. Sadəcə, rəhbərlikdən xahiş edirəm ki, bizi idmana qaytarsınlar".скачать dle 11.3








317 07.12.17 12:22