Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi - VİDEO » Median.Az Агентство новостей
Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi - VİDEO
Xırdalanda yaşayış binasında yanğın olub.

FHN-dən oxu.az-a verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
скачать dle 11.3








812 07.12.17 12:20