Avtobus sürücüsündən sərnişinlərə hörmətsizlik: Telefonda söyüşlə danışır - VİDEO » Median.Az Агентство новостей
Avtobus sürücüsündən sərnişinlərə hörmətsizlik: Telefonda söyüşlə danışır - VİDEO
Dəfələrlə gündəmə gətirilməsinə, ictimai qınaq obyektinə çevrilməsinə, hətta ciddi cəzalandırılmalarına baxmayaraq. avtobuslarda sürücü mədəniyyəti hələ qaydasına düşməyib.

Xezerxeber.az məlumat verir ki, məsələn, sürücülər sükan arxasında siqaret çəkirlər, avtobus hərəkətdə olduğu zaman telefonla danışırlar, sərnişinlərlə kobud davranırlar və s.
Bu dəfə isə vəziyyət bir az fərqlidir. 64 saylı avtobusda sərnişinlərin biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən görüntülərdən məlum olur ki, sürücü sərnişinlərlə dolu avtobusda telefonla danşan zaman söyüşdən istifadə edir. Sərnişin "Xəzər Xəbər"ə müraciətində onu da qeyd edir ki, sürücülərin bu cür davranışı sərnişinlərə qarşı hörmətsizlikdir və belə insanlar cəzalandırılmalıdır.

Median.Az həmin görüntünü təqdim edir:скачать dle 11.3








560 06.12.17 14:34