Bu ərazilərdə ev tikməyin – XƏBƏRDARLIQ + VİDEO » Median.Az Агентство новостей
Bu ərazilərdə ev tikməyin – XƏBƏRDARLIQ + VİDEO
Qrunt sularının mövcud olduğu ərazilərdə fərdi yaşayış evi tikmək sonradan bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Bu baxımdan da vətəndaşlar torpaq sahəsi alarkən belə nüanslara xüsusi diqqət yetirməlidirlər.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralovun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən respublika ərazisində sürüşmə və subasma ərazilərinin atlası hazırlanaraq icra hakimiyyəti orqanlarına verilib.

Vətəndaşlar torpaq sahəsi almazdan öncə həmin torpaq sahəsində qrunt sularının mövcud vəziyyəti ilə bağlı məlumatı həm icra hakimiyyəti orqanlarından, həm də Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən öyrənə bilərlər.

Yeri gəlmişkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları paytaxtın bir neçə ərazisində araşdırma aparıblar. Məlum olub ki, Abşeron, Binəqədi və Sabunçu rayonlarının bir neçə ərazisində qrunt sularının səviyyəsi yüksəkdir.

Əziz Qaralovun sözlərinə görə, ərazilərdə qrunt sularının səviyyəsinin qalxmasına əsas səbəb həm atmosfer yağıntılarının normadan artıq olması, həm də ərazilərdə kanalizasiya sisteminin olmamasıdır.

Qurumdan həmçinin o da bildirildi ki, subasan bu ərazilərdə drenaj şəbəkəsinin qurulması vacibdir.скачать dle 11.3








534 06.12.17 14:29