Batumidə hoteldə baş vermiş yanğın söndürüldü – 12 ölü, 21 yaralıı » Median.Az Агентство новостей
Batumidə hoteldə baş vermiş yanğın söndürüldü – 12 ölü, 21 yaralıı
Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.

O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.

***

Batumidə “Leogrand” hotelindəki yanğında ölənlərin sayı 12-yə çatıb.

APA-nın yerli bürosu bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Məlumata əsasən, hazırda həmin şəxslərin identifikasiyası aparılır. Xilasedicilər hoteldən 100-dən çox insanı təxliyə edib.

***

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 10-u yaralanıb.

Xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir. Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir.скачать dle 11.3








451 25.11.17 13:25