Müəssisə və təşkilatda siqaret çəkməyə görə qurumun rəhbəri məsuliyyət daşıyacaq » Median.Az Агентство новостей
Müəssisə və təşkilatda siqaret çəkməyə görə qurumun rəhbəri məsuliyyət daşıyacaq
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə düzəlişlər edilir.

Median.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.

Qeyd olunub ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərin yer ayırması nəzərdə tutulurdu. Lakin layihə Milli Məclisdə 3-cü oxunuşda müzakirə olunmaq üçün hazırlananda sənəddə dəyişiklik edilib.

Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq. Yəni bu şəraiti yarada da, yaratmaya da bilərlər. Əgər tütün məmulatından istifadə qadağan olunmuş müəssisə və təşkilatda tütündən istifadə edilərsə, buna görə rəhbər məsuliyyət daşıyacaq.скачать dle 11.3








430 24.11.17 16:32