Bakıda ''Gelandewagen''li iş adamının küçə ''razborka''sı: ''Bu hərəkətə görə ağzından atarlar...'' - VIDEO » Median.Az Агентство новостей
Bakıda ''Gelandewagen''li iş adamının küçə ''razborka''sı: ''Bu hərəkətə görə ağzından atarlar...'' - VIDEO
Bakıda iş adamı, sabiq bələdiyyə sədrinin müavini Ramin Əhmədovın gecə vaxtı ''razborka''sı görüntülənib. Hadisə şahidi iddia edir ki, R.Əhmədov idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı ''Gelandewagen-Mercedes'' markalı avtomobillə ''VAZ-2107'' markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib.

Hadisə ilə bağlı Criminal.az-a göndərilən videodakı hadisə bir neçə gün əvvəl Nizami rayonu, Qara qayev prospektində baş verdiyi iddia olunur. R.Əhmədov ''8-ci kilomert'' mazarı yaxınlığında prospektdə ''Gelandewagen''lə hərəkətdə olarkən ''VAZ-2107'' markalı avtomobiillə bir-birinə yol verməmək üstündə münaqişəsi yaranıb. Əsəbləşən iş adamı metronun ''Neftçilər'' stansiyasının yaxınlığndakı ''Dakar'' meydanında öz avtomobili ilə ''VAZ-2107''nin qarşısını kəsir.

Avtomobildən düşən R.Əhmədov ''Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar'' deyərək sürücünün üstünə hücum edib.

Hadisə şahidləri R.Əhmədovı sakitləşdirib avtomobilinə tərəf aparsa da, o ''VAZ-2107''nin sürücüsünü başqa yerə apararaq məsələni ''çürütmək'' istəyir.

R.Əhmədovın metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, ''X-man'' geyim mağazalarının, eyni zamanda ''Dostluq'' kafesinin sahibi olduğu deyilir. R.Bababyev ''PSS-Mühafizə'' şirkətinə də rəhbərlik edir.

Bundan başqa R. Əhmədovın adı mətbuatda ''ağacların qənimi'' kimi hallandırılıb. Mətbuatda yazılıb ki, icra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Əhmədov bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.

Məlumatda bildirilir ki, R.Əhmədov ekoloji cinayətini icra başçısı Arif Qasımova güvənərək həyata keçirib. Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini və başqa qeyri-rəsmi “layihə”lərini R.Əhmədova həvalə edib.скачать dle 11.3








1 578 24.11.17 14:13