5 aydır ki, yaradılan və rəsmi saytı, loqosu olmayan dövlət qurumundan - Şikayət » Median.Az Агентство новостей
5 aydır ki, yaradılan və rəsmi saytı, loqosu olmayan dövlət qurumundan - Şikayət
20 iyun 2017-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur: ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılsın. Müəyyən edilir ki, Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

Azərbaycan Prezidenti Administrasiyası bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək. Bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında” qanunla müəyyən edilmiş qaydada davam etdirilsin.

Dövlət başçısının digər sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.

Maraqlıdır ki. təyinatdan 5 ay keçsə də hələ də agentlik haqqında məlumat yalnız bu təyinatla bağlıdır, agentliyin rəsmi saytı da yaradılmayıb. Agentliklə bağlı daha bir maraqlı fakt ondan ibarətdir ki, direktor Aydın İbadovun internetdə və saytlarda bir fotosu belə yoxdur.

Bakının Səbail rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxs agentlik ilə azxeber.com informasiya portalına müraciət edib.

Onlar agentlik tərəfindən yoxlamaların başladığını və agentlik əməkdaşlarının onlarla kobud rəftar etdiklərini deyiblər: "Bir neçə həftədir ki, özlərini Dövlət Reklam Agentliyinin nümayəndəsi kimi təqdim edən 2 şəxs bizim müəssisələrə gəlir və tələb edirlər ki, onlara VÖEN-lərimi göstərək. Biz isə bu haqda təlimatla tanış olmaq istəyirik, onlarsa bizə heç bir məlumat vermirlər. Hətta bizə deyirlər ki, sizi cərimələyə də bilərik"

Sahibkarlar qeyd edib ki, reklam agentliyinin rəsmi saytının olmaması onlara çox böyük problem törədir: "Bu agentliyin rəsmi saytı olsaydı, biz də daxil olub, təlimatla tanış olardıq. Ancaq 5 aydır ki, yaradılan agentliyin hələ də rəsmi saytı yoxdur. Əgər belədirsə, onlara ərazilərə adam göndərməkdənsə, bu pulu sayta ayırsa daha yaxşı olmazmı?"скачать dle 11.3








258 14.11.17 16:26

Son Əlavə