Rusiyada benzinin qiymətində rekord artım » Median.Az Агентство новостей
Rusiyada benzinin qiymətində rekord artım
Rusiyada benzinin birja qiymətləri tarixi maksimumu yeniləyib.

Median.Az
xəbər verir ki, bu barədə Report “Kommersant” qəzetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, noyabrın 7-13-də “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb. “Ai-95” benzinin bir tonu 44,99 min rubla, “Ai-92”-nin isə 42,82 min rubla qədər qalxıb.

Qəzet qeyd edir ki, bu cür artım Rusiya bazarı üçün xarakterik deyil. Adətən, oktyabr ayından topdansatış qiymətləri aşağı düşür.

Qiymətin qalxmasının səbəblərindən biri olaraq “Qazprom neft”in Moskvadakı neft emalı zavodunda katalitik krekinq qurğusunun təmirə dayandırılması amili göstərilir. “Kommersant” qəzeti qurğunun fəaliyyətindəki fasilənin təmir proqramında olmadığını iddia edir. Şirkətdən isə bildirilib ki, qurğu iş effektivliyinin artırılması üçün planlaşdırılmış təmirə dayandırılıb. “Qazprom neft” noyabr ayının ortalarında katalitik krekinq qurğusunun işinin bərpa olunacağını qeyd edir.

Digər bir mənbənin məlumatına görə, “Qazprom neft” “Rosneft” şirkətindən yanacaq almaq variantını nəzərdən keçirir.скачать dle 11.3








239 14.11.17 15:29

Son Əlavə