Afiyəddin Cəlilovun sürücüsünün bacısı: "Məni küçəyə atsalar özümü öldürəcəm" - FOTO + VİDEO » Median.Az Агентство новостей
Afiyəddin Cəlilovun sürücüsünün bacısı: "Məni küçəyə atsalar özümü öldürəcəm" - FOTO + VİDEO
Redaksiyamıza şikayət məktubu ilə müraciət edən Afiyəddin Cəlilovla birgə öldürülən sürücüsü Mayıl Ağakişiyevin bacısı Səmərqə Mayılova evindən qanunsuz olaraq çıxarıldığını iddia edir.

Səmərqə xanımın sözlərinə görə, İrina adlı bir qadın onun qonşusu olmuş Nargilə adlı başqa bir qadına sələmə borc pul verib. Daha sonra Nargilə xəbərsiz yoxa çıxıb. Borc verən qadın isə Səmərqə xanımdan borcunu istəyib. Əsas olaraq da onu deyib ki, sənin qonşundursa, sən də ödəməlisən. Səmərqə xanım bu məsələdən xəbərsiz olduğunu, ödəyə bilməyəcəyini deyib. Nəticədə İrina xanım şikayətçimizi məhkəməyə verib və həmin məhkəmədən haqlı tərəf kimi çıxıb.

Nəsimi rayon Məhkəməsinin icraçıları Səmərqə xanımı yaşadığı 28 May küçəsi 44, mənzil 31-dən çıxarmaq istəyib. S.Mayılova isə ölümü gözə alaraq, çıxmayacağını deyib. Buna görə hətta üzərinə benzin töküb özünü yandırmağa da cəhd edib. Qeyd edək ki, bu həftənin cümə günü məhkəmənin qərarı icra olunmalıdır.

Məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsi ilə əlaqə saxladıq. Onlar da məhkəmənin qərarını icra etməli olduqlarını bildirdilər.










Mənbə: Baku.wsскачать dle 11.3








995 14.11.17 13:20

Son Əlavə