“Yüksəliş-C” MTK sədrinin 26-cı dələduzluğu üzə çıxdı » Median.Az Агентство новостей
“Yüksəliş-C” MTK sədrinin 26-cı dələduzluğu üzə çıxdı
Cahangir Alışov 2008-ci ildə 70 min manata alınan evi 2017-ci ildə başqa bir şəxsə satıb; vətəndaşı dövlətdən narazı salan MTK sədrini himayə edən kimdir?

Adı “MTN işi”nə qarışan “Yüksəliş-C” MTK-nın sədri Cahangir Alışovun daha bir dələduzluğu üzə çıxıb. Redaksiyamıza müraciət edən Tovuz rayon, Bozalqanlı kənd sakini Elçin Kamil oğlu Cəfərquliyev deyir ki, 4 avqust 2008-ci ildə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Yüksəliş-C” MTK sədri Cahangir Alışovdan 16 mərtəbəli binanın 7-ci mərtəbəsində, 30 saylı 2 otaqlı 109 kvadrat metr mənzili müqavilə və müvafiq sənədləşmələr əsasında alıb.

“İlkin olaraq 2008-ci ilin avqust ayında 30 min manat nağd pul ödənişi etdim. Yerdə qalan vəsaiti müvafiq ödəniş qrafikini qabaqlamaqla 2013-cü ilə qədər tam ödədim. Ümumilikdə mənzil üçün Cahangir Alışova 70 min manat pul ödəmişəm. Ödənişlə bağlı müvafiq qəbzlər və maliyyə arayışları MTK-ın möhürü ilə təsdiqlənərək mənə təqdim edilib. Hətta bu ilin mart ayında qaz və su sayğacı üçün 700 manat əlavə pul ödənişi istədilər, onu da ödədim. Maddi vəziyyətimlə əlaqədar mənzili bu günə qədər də təmir etdirməmişəm. 11.10.2017-ci ildə mənzilə baxmaq üçün gələrkən mənə məlum oldu ki, mənzilimi dələduzluq yolu ilə Lənkəran sakini Həcər Əliyevaya satıblar. Həcər Əliyevanın dediyinə görə, mənzili onlara 53 min manata satıblar”.

E.Cəfərquliyev deyir ki, məsələ ilə bağlı bir çox dövlət orqanlarına, ölkə rəhbərliyinə də müraciət edib. Bununla yanaşı, Cahangir Alışovla da əlaqə saxlayıb: “Alışov bildirdi ki, narahat olma, ev sənindir, mənə 2-3 gün vaxt ver, mənzili sənə qaytaracam. Şikayət etmə, səhv mənimdir, səhvimi düzəldəcəm. Lakin üstündən 1 ay keçməsinə baxmayaraq, heç bir dəyişiklik yoxdur, telefonu götürmür və görüşdən qaçır. Araşdırdım, öyrəndim ki, Cahangir Alışov əvvəllər də onun rəhbərlik etdiyi MTK-dan mənzil almış şəxslərə qarşı dələduzluq edib. 1 mənzili bir neçə vətəndaşa satıb.

Mənzilin mənə satılması ilə bağlı bütün sənədlər və borcun olmaması ilə bağlı maliyyə arayışı, ödəniş qəbzləri hazırda məndədir və surətlərini də bütün orqanlara göndərmişəm. Bu məsələ ilə bağlı hüquqi qiymət verilməsini, C.Alışovun qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və mənə məxsus mənzilin şərtsiz mənə qaytarılmasının təmin edilməsini xahiş edirəm".

Qeyd edək ki, C.Alışovun adı dəfələrlə mətbuatda dələduzluq əməllərinə görə hallanıb. Xəbərlərdən birində onun 24 vətəndaşa qarşı dələduzluq etdiyi bildirilir. Həmin vətəndaşlar da E.Cəfərquliyev kimi, əllərindəki pulu C.Alışova veriblər və əvəzində dələduzluqla üzləşiblər.

Həmin vətəndaşların siyahısını təqdim edirik:

Babayeva Mərifə - 37 min manat;

Qurbanov Nəbi - 71 min 876 manat;

Zeynalova Yeganə - 60 min 450 manat;

Haşımov Məhəmməd - 94 min 680 manat;

Kərimov Şakir - 53 min 907 manat;

Məmmədov Eldar - 85 min 144 manat;

Məmmədov Eldar - 40 min 800 manat;

Bərxudayeva Könül - 40 min 800 manat;

Fərzullayeva Səbinə - 22 min 340 manat;

Kərimov Şakir - 66 min 553 manat;

Qasımov Zərrintac - 42 min 280 manat;

Ismayılov Kamran - 27 min 200 manat;

Babayev Səxavət - 28 min 400 manat;

Səbzəliyev Qalib - 38 min 160 manat;

Ömərli Hüseyn - 58 min 720 manat;

Qasımov Çingiz - 28 min 400 manat;

Qasımov Çingiz - 33 min 440 manat;

Qəmbərov Səxavət - 47 min 700 manat;

Bağırov Fəxrəddin - 50 min manat;

Muradova Esmira - 42 min 240 manat;

Əliyev Zaur - 9 min 215 manat;

Qarayeva Yeganə - 25 min manat;

Faiq - 25 min manat;

Əhmədov Tariyel - 368 min manat;

Əliyeva Mətanət - 3 ədəd saxta sənədlə mənzil verib.

Maraqlıdır, bunca vətəndaşı dövlətdən narazı salan MTK sədrini himayə edən kimdir? Niyə hüquq-mühafizə orqanları 1 dələduz MTK sədrinə qarşı tədbir görmürlər?

Mənbə: musavat.comскачать dle 11.3








539 14.11.17 12:49

Son Əlavə