Bakıda itlər müstəntiqin ayağını parçaladı » Median.Az News Agency

Bakıda itlər müstəntiqin ayağını parçaladı
Bakıda polis müstəntiqi itlərin hücumuna məruz qalıb.

Median.Az
Femida.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib. Ərazidə xidmət aparan müstəntiq küçə heyvanlarının hücumuna məruz qalıb.

İtlər Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayevin ayağının dizdən aşağı hissəsini parçalayıb.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən müstəntiqə quduzluq əleyhinə vaksin vurulub və ayağına tikiş qoyulub.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




638 13.11.17 15:45