Yasamalda söküntü qalmaqalı böyüyür: məhkəmə prosesi başa çatmamış bina sökülür-VİDEO+FOTOLAR » Median.Az Агентство новостей
Yasamalda söküntü qalmaqalı böyüyür: məhkəmə prosesi başa çatmamış bina sökülür-VİDEO+FOTOLAR
Yasamal rayonu, Zahid Xəlilov küçəsi 30A, Zahid Xəilov 36A və 36B, Əhməd Cəmil küçəsi 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanın sakinləri həmin ünvanda hündürmərtəbəli yaşayış binasının tikintisinə etiraz bildirmələri ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə kollektiv şikayət ediblər. İşə hakim Müseyib Bayramovun icraatında baxıldığı halda “Elite City” MMC həmin sakinlərin yaşadığı ünvanda söküntü işlərinə başlayıblar.

Bu barədə “Bizim Yol”a iddiaçılardan Mahmudzadə Yadigar Nadir oğlu məlumat verib. Söküntü işləri zamanı su xəttinə zərər dəyib ərazini su basıb.

Sakinlərdə narazılığına səbəb Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin 21.06.2017-ci il tarixli sərəncamı olub. Həmin sərəncamda bildirilir ki, Zahid Xəlilov küçəsi 30, 32, 34 ünvanlarında yerləşən yaşayış binaları qəzalı vəziyyətdədir və sökülməsi nəzərdə tutulan bu binaların yerində “Elite City” MMC-yə yeni yaşayış binasının tikintisinə icazə verilsin.

İddiaçılar Yasamal rayonu, Zahid Xəlilov küçəsi 30A, Zahid Xəilov 36A və 36B, Əhməd Cəmil küçəsi 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanın sakinləridir. Sakinlər iddasında qeyd ediblər ki, həyətlərində 14 mərtəbəli yaşayış binasının tikintisi tikinti və şəhərsalma qanunvericiliyinə ziddir: “Bu baxımdan hesab edirik ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı 21.06.2017-ci il tarixli 191 saylı sərəncamı Şəhərsalma və Tikinti Məcəlləsinin, dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin, Nazirlər Kabinetinin 25.02.2017-ci il tarixli 86 nömrəli qərarının və digər normativ-hüquqi aktların tələblərini pozmaqla verilib”.

Yadigar Mahmudzadə deyir ki, “Elite City” MMC-nin onların yaşadığı binanın həyətində hündürmərtəbəli yaşayış binası tikməsi onlarda narahatlıq yaradıb: “Üç tərəfdən 9 mərtəbəli, bir tərəfdən 5 mərtəbəli ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55m x 55m ölçüdədir. Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədad fin layihəli binaların sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 binanın yerində 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi qanunlara ziddir. Əgər “Elite City” MMC-nin layihəsi icra olunsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıqlar məhv ediləcək. Qeyd edək ki, tikinti şirkəti tərəfindən həyətimizdəki yaşıllıqların bir hissəsi məhv edildi, müvafiq qurumlar isə tədbir görmədi”.









Mənbə: bizimyol.infoскачать dle 11.3








15 707 24.10.17 15:39

Son Əlavə