Bakıda xanım sənətçinin mənzilini "mühasirəyə aldılar" — VİDEO » Median.Az Агентство новостей

Bakıda xanım sənətçinin mənzilini "mühasirəyə aldılar" — VİDEO
Müğənni Afət Fərmanqızıya yaşadığı binanı tikən şirkət arasında problem yaranıb.

"Ölkə.Az"-a danışan sənətçi bildirib ki, on il öncə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində "Kür-Araz MTK"-ya məxsus binadan mənzil alıb. Bir müddət öncə isə həmin binanın girişində sakinlərin giriş-çıxışına mane olan və öncədən nəzərdə tutulmayan əlavə tikintilər aparılmağa başlayıb:

"Bu mənzili on ildir almışam. Binanın alaqapısı geniş idi, indi orada tikintiyə başlayıblar. Artıq bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişəm. Həmçinin ərazinin sahə müvəkkili barədə də şikayətim var. Çünki onun da fəaliyyətindən narazıyıq. Özgə vaxt binanın üstündə çanaq antena quraşdıranda əlli yerdən gəlib irad bildirirlər ki, olmaz. Bəs bu qanunsuz tikintini niyə görmürlər? Bu, mənim mənzilimin qiymətini də aşağı salır. Sabah ünvanımı dəyişmək istəsəm, məcburən evimi daha ucuz qiymətə satmalıyam".

A.Fərmanqızı bildirib ki, tikinti şirkətinin belə addım atacağını öncədən bilsəydi mənzili almayacaqmış:
"Əgər əvvəldən binanın girişində əlavə tikintilər aparıldığını görsəydim, almazdım. On ildən sonra burada "budka" tikib, oranı gözəllik salonu etmək bizə hörmətsizlikdir. Bunu binanın sakinlərinə bildirməmək isə ikiqat hörmətsizlikdir. Evə girib çıxmaq olmur. Elə bil ki, binanın giriş qapısını içəridən və çöldən mühasirəyə alıblar"

Mövzunu diqqətdə saxlayacağıq.скачать dle 11.3








1 681 13.10.17 14:59

Son Əlavə