Elvin Mirzəzadənin "Düşün Məni" mahnısını oğurladılar? - VIDEO » Median.Az Агентство новостей

Elvin Mirzəzadənin "Düşün Məni" mahnısını oğurladılar? - VIDEO
Median.Az xəbər verir ki, artıq youtube da 7 milyona yaxın izləyici yığan gənc müğənni Elvin Mirzəzadənin ifa etdiyi "Düşün Məni" mahnısını bu dəfə Özbək Oyben Yaquba ifa edib.

Əməkdaşımız bu mövzu ilə bağlı Elvin Mirzəzadə ilə əlaqə saxlayıb. E. Mirzəzadə bildirib ki, bu məsələdən xəbərim var. Hətta instagram səhifəmdə bu barədə paylaşım da etmişəm. Daha sonra gənc ifaçı əlavə edib ki, Özbək ifaçısı Oyben Yaquba özü məndən icazə alıb. Hətta youtube da mahnının qarşısına adımı da yazıb. Mən ona başqa oxuması üçün rəsmi müqavilə təklif etdim. Amma o, mənə dedi ki, mən fanat olaraq bu mahnını ifa edəcəm. Artıq bu sözlərdən sonra sadəcə istəyim mahnını kover versiyada oxuması oldu. Yanı bilinsin ki, bu mahnını sadəcə öz dilinə çevirib,kover versiyada oxusun.

Mahnıya qaldıqda isə, mahnı hazır olduqdan sonra avqustun 19 -u youtube -a yerləşdirdim və yeddi milyona yaxın izləyici sayı yığıb.

Ümid Bəbirovскачать dle 11.3








698 13.10.17 11:37

Son Əlavə