Azərbaycan Belarusdan dərman preparatları idxal edəcək » Median.Az Агентство новостей

Azərbaycan Belarusdan dərman preparatları idxal edəcək
Azərbaycan Belarusun "Borisovski" dərman preparatları zavodu ilə 4 milyon dollar məbləğində dərman tədarükü barədə müqavilə imzalayıb.

Median.Az
BELTA-ya istinadən xəbər verir ki, bu barədə “Belfarmprom” holdinqinin idarəetmə şirkəti” respublika unitar müəssisəsinin baş direktor müavini Viktor Şein məlumat verib.

Müqavilə sentyabrın 28-dən 30-dək “Baku Expo Center”də keçirilən XXIII Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin yekunu olaraq imzalanıb. Belarus nümayəndə heyətinə səhiyyə naziri Valeri Malaşko rəhbərlik edib.

"Sərgi çərçivəsində Azərbaycana dərman preparatlarının satışı üzrə müqavilələrin imzalanması razılığına gəlinib. Dəyəri 4 milyon dollar olan müqavilə “Borisovski dərman preparatları zavodu” ASC-nin direktoru ilə imzalanıb", - deyə Viktor Şein əlavə edib.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.




275 13.10.17 11:25

Son Əlavə